Prezident İlham Əliyev Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB

11.09.2019 14:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xezerxeber.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, Azərbaycanın Rusiyanın ayrı-ayrı vilayətləri, o cümlədən Sverdlovsk vilayəti ilə əlaqələrinin genişlənməsinin məmnunluq doğurduğu bildirilib.

Söhbət zamanı Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin 85 faiz artması iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinin yaxşı göstəricisi kimi dəyərləndirilib, ticarət dövriyyəsinin daha da artırılması üçün lazımi potensialın mövcud olduğu vurğulanıb. Eyni zamanda, Bakıda keçiriləcək biznes forumun əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub. Son illər Rusiyadan Azərbaycana gələn turistlərin sayının durmadan artdığı vurğulanaraq, Sverdlovsk vilayəti ilə turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin önəmi bildirilib.

Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən sənaye, maşınqayırma sahələrində birgə layihələrin həyata keçirilməsi, sərmayə qoyuluşu, mədəniyyət, təhsil sahələri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

08.12.2019 14:02

Yevda Abramov dəfn olunub

ÇOX OXUNANLAR