Keçmiş məhkum Nəsimi rayonu ərazisindən avtomobil qaçırıb

09.09.2019 14:30

Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini R.Məmmədova məxsus "KIA” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Paşayev nazirliyin Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Behbudov küçəsində avtomobillə birlikdə saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR