Sentyabrdan 18 qurumun əməkdaşlarının maaşı artır - QƏRAR - VİDEO

13.08.2019 19:19

Dövlət büdcəsindən maliyyələşən 18 qurumun əməkdaşlarının maaşı artır.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması haqqında qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən həmin işçilərin vəzifə maaşları 30-40%-dək artırılaraq yeni Vahid Tarif Cədvəli təsdiq edilib. Əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

Maaş artımı sentiyabrın 1-dən tətbiq ediləcək.

İqtisatçı-ekspert Vuqar Bayramovun sözlərinə görə, maaş artımının tətbiq edilməsi xüsusən də aztəminatlı ailələrin sosial-rıfahının yaxşılaşdırılmasına təkan verəcək.

Sentiyabrın 1-dən minumum əmək haqqı da artacaq. Bütövlükdə 2019-cu ildə tətbiq edilən sosial paket 3 milyondan artıq vətəndaşı əhatə edəcək.

Qeyd edək ki, ilin əvvəlindən bu yana vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üçün ar-arda iki sosial paket qəbul olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1058 dəfə oxunub

ÇOX OXUNANLAR