Yol polisi Yasamal rayonunda reyd keçirib.
Xezerxeber.az-ın məlumatına görə, rayon poilis idarəsinin yol polis şöbəsinin əməkdaşları Mətbuat prospektində avtomobili qadağan olunmuş ərazilərdə park edən sürücülərə qarşı reyd keçirib. Məqsəd rayon ərazisində piyadaların təhlükəsizliyini təmin etməkdir.
Polisin ərazidə xidmət aparmasına baxmayaraq bəzi sürücülər yollarını qısaltmaq üçün piyadaların həyatını təhlükəyə ataraq səki ilə hərəkət ediblər. Saxlanılan zaman sürücülərdən biri ərazinin səki olmasından xəbərsiz olduğunu deyib. Səkidə avtomobilini saxlayanlar arasında müğənni Zemfira İbrahimova da olub.
Qeyd edək ki, səkidə park edilən avtomobillərə görə bir çox piyada yolun hərəkət hissəsinə çıxaraq gedib. Bu da piyadaların vurulması riskini yaradır. Xidmətdə olan polislər təhlükəsizliyi təmin etmək məqsədi ilə piyadalara qarşı da tədbirlər görüb. Qanunsuz yerdən keçən piyadalar saxlanılaraq onlara törətdikləri inzibati xəta izah edilib.
Yasamal rayon yol polis şöbəsinin rəis müavini Emil Seyidov deyib ki, mütəmadi keçirilən reyddə məqsəd yol hərəkəti iştirakçılarını cərimələmək yox, onları maarifləndirməkdir.
Qeyd edək ki, reyd zamanı 10-dən çox sürücüyə inzibati qaydada protokol tərtib edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
Pomidor idxalına qoyulan qadağa böyük maliyyə itkisi yaradıb - VİDEO
Pomidor idxalına qoyulan qadağa böyük maliyyə itkisi yaradıb - VİDEO
Qara dənizdə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib
ABŞ-da koronavirusa qarşı peyvənddən sonra ölənlərin sayı açıqlanıb
Bir həftədə Azərbaycanda COVID-19-a yoluxma sayı iki dəfə azalıb
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir - FOTO
Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqları keçirilib
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB