Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Sərnişin təyyarəsi 11 min metr hündürlükdə burulğana düşdü – VİDEO

12.07.2019 11:09

"Air Canada” aviaşirkətinə məxsus təyyarə Vankuver-Sidney reysi zamanı fövqəladə hadisə ilə üzləşib qəza enişi etdi.

"Daily Telegraph” xəbər verir ki, Boeing777-200 təyyarəsi Havayadaları üzərində uçan zaman hava burulğanınadüşüb.

Nəticədə 269 sərnişindən 35 nəfəri müxtəlif xəsarətlər alıb.

Bu zaman hava gəmisi 11 min metr hündürlükdə olub.

Sərnişinlərdən birinin dediyinə görə, təyyarədə hər şey bir an içində baş verdi:

"Bir saniyənin içində hamı göyə atıldı. Təhlükəsizlik kəmərini taxmayan sərnişinlər baqaj rəflərinə bərk çırpıldı”.

Hadisədən sonra pilotlar təyyarəni təcili olaraq Havay adalarındakı Honolulu hava limanına endirməyə məcbur olublar. Burada xəsarət alanlara lazımi tibbi yardım göstərilib.

© xezerxeber.az


238 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR