Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

NATO-nun komandanı: “Azərbaycan etibarlı tərəfdaşımızdır”

12.07.2019 10:29

"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır".

APA-nın xəbərinə görə, bunu NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters öz rəsmi "Facebook” səhifəsində qeyd edib.

General vurğulayıb ki, Azərbaycan NATO-nu sülhməramlı əməliyyatlar məqsədilə yükdaşımalar üçün öz hava məkanı, habelə Əfqanıstanda yüksək səviyyəli mütəxəssis sülhməramlıları ilə təmin edir.

Qeyd edək ki, iki gün əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters Bakıda görüşüblər. Tərəflər Avropa və qlobal təhlükəsizlik sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində baş verə biləcək insidentlərin qarşısının alınması üçün mümkün tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, görüşdə Rusiya və NATO hərbi ekspertləri arasında dialoqun bərpası perspektivləri, terrorizmə qarşı mübarizə, Əfqanıstan və Suriyadakı vəziyyət müzakirə olunub.

© xezerxeber.az


193 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 23:12

Türkiyə Avro-2020-də

ÇOX OXUNANLAR