Damir Muxetdinov: Bakı Qafqazda İslam mədəniyyətinin, elminin və təhsilinin mərkəzinə çevrilib

11.07.2019 16:05

Bu gün Bakıda Qafqazın və Avrasiyanın aparıcı islamşünas alimləri və mütəxəssisləri toplaşıblar. Son illərdə Bakı Qafqazda İslam mədəniyyətinin, elminin, təhsilinin mərkəzinə çevrilib.

Bu fikri AZƏRTAC-a müsahibəsində Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov deyib. O bildirib ki, regionda İslamın yayılmasına cənubi Qafqazdan başlanılıb. İlk olaraq Şamaxı, Dərbənd kimi tarixi şəhərlərdə İslam qəbul olunub və buradan Rusiyaya yayılıb. Rusiya müsəlmanları Qafqazla, Azərbaycanla dərin köklərlə bağlıdırlar. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev və digər azərbaycanlı mesenatlar Rusiya müsəlmanları üçün məktəblər açıb, mərkəzlər, dərnəklər yaradıb, jurnallar, qəzetlər çap ediblər. İllər keçməsinə baxmayaraq Azərbaycanda bu ənənə hələ də davam edir. Bakı regionda İslamın əlaqələndirici mərkəzi rolunu oynayır. "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu bunu bir daha sübut edir.

"Simpoziumda XXI əsrdə cəmiyyətin, İslam sivilizasiyasının qarşılaşdığı problemlər, onların həlli yolları müzakirə olunacaq. İnanıram ki, simpozium uğurlu nəticələri ilə yadda qalacaq”, - deyə Damir Muxetdinov qeyd edib.

© xezerxeber.az


175 dəfə oxunub

ÇOX OXUNANLAR