Azərbaycan əhalisinin sayı 2020-ci ildə 10,140 mln. nəfərə çatacaq - PROQNOZ

10.07.2019 17:10

Son 50 il ərzində Azərbaycan əhalisinin sayı iki dəfə artıb.

"APA-Economics"in BMT-nin "World Population Prospects 2019" adlı illik hesabatına istinadən verdiyi məlumata görə, əgər 1968-ci ildə Azərbaycan əhalisinin sayı 4 960 232 nəfər təşkil edirdisə, 2018-ci ildə bu göstərici iki dəfəyə yaxın artaraq 9 949 537-yə çatıb. Ötən il ölkə əhalisi əvvəlki ilə nisbətən 104 217 nəfər və ya 1,1% artıb.

BMT-nin proqnozlarına görə, 2019-cu ilin sonunda Azərbaycanda əhalinin sayı 10 047 718, 2020-ci ildə isə 10 139 770 nəfərə çatacaq. Göründüyü kimi, bu il ölkə əhalisinin sayı 2018-ci illə müqayisədə 92 052 nəfər və ya 0,9%, 2020-ci ildə isə 190 233 nəfər və ya 1,9% artacağı gözlənilir.

Qeyd edək ki, bu ilin aprelin 6-da Azərbaycan əhalisinin sayı 10 milyona çatıb.

© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR