İspaniyanın İbiza adasında milyon funt sterlinq dəyərində saatı oğurlanan gəncin kimliyi məlum olub.
Ölkə.Az-ın xəbərinə görə, soyğun hadisəsinin qurbanı "Nortqaz” şirkətinin 61 yaşlı keçmiş sahibi, "Forbes” jurnalının Rusiya reytinqində 67-ci sırasında olan Fərhad Əhmədovun oğlu olub.
Oliqarx oğlu kimliyinin mətbuata sızmaması üçün İspaniya polisindən xüsusi xahiş də edib.
Xatırladaq ki, İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin milyon funt sterlinq dəyərində saatı oğurlanıb.
Qarətçi azərbaycanlıya bir neçə zərbə vurduqdan sonra onun saatını əlindən alıb.
Sözügedən saat "Richard Mille” markasına aid "50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Dəyəri 2,167,600 AZN-dir.
Dünyada ən bahalı saatlardan biridir. Bu saatlar çox yüngül çəkiləri ilə fərqlənirlər.
© xezerxeber.azHəkimlər ürəyi altı saat dayanan qadının həyatını xilas ediblər
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
Azərbaycanın bütün ərazisində ağacəkmə aksiyaları keçirilib - VİDEO
20 yaşlı qızı öldürən şəxsdən şok açıqlama: "Peşman deyiləm" - VİDEO
Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ: Evdən çıxmayın, TƏHLÜKƏLİDİR
Bakıda toyda inanılmaz hadisə - Bəy təcili xəstəxanaya çatdırıldı
Bakıda yeni tikilən çoxmərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ - Ölən var
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər