Azərbaycanda məscid qarət olundu – Nəzir pullarını apardılar

26.06.2019 16:59

Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məsçidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Mahmudov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


260 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR