Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Hər şeyə görə onu günahlandırırlar" - Falkao Messini müdafiə etdi

19.06.2019 17:14

Kolumbiya millisinin hücumçusu Radamel Falkao "Barselona"nın kapitanı Lionel Messini müdafiə edib.

XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, "Monako"lu futbolçu Argentina yığmasının Amerika kubokunun qrup mərhələsində Kolumbiyaya 0:2 hesablı məğlubiyyətinə görə tənqid olunan 31 yaşlı superulduzun bu cür münasibətə layiq olmadığını bildirib:

"Messi birqol vuranda deyirlər ki, niyə dubl etmədi. Məhsuldar ötürmə verəndə deyirlər ki, daha çoxunu edə bilərdi. Yaxşı oynayanda deyirlər ki, müdafiəçilər zəif idi. Cərimə zərbəsindən fərqlənir, deyirlər ki, canlı sədd səhv yerdə dayanmışdı. Argentina uduzur, yenə günahkar Messidir. Dünyanın ən yaxşı futbolçusu olduğu üçün bu cür bədəl ödəməli olur".

© xezerxeber.az


268 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR