ABŞ qoşunları Polşadan idarə olunacaq

17.06.2019 12:53

NATO-nun şərq cinahındakı ABŞ qoşunlarının komandanlıqmərkəzi Polşaya köçürüləcək.

"RİA Novosti”nin məlumatına görə, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşak yerli radiostansiyanın efirində bildirib.

"Biz ABŞ qoşunlarının diviziya komandanlığında iştirakla bağlı razılığa gəlmişik.ABŞ-ın NATO şərq cinahındakı qoşunları məhz bu komandanlıq ərkəzinə tabe olacaq”, -deyə M.Blaşak bildirib.

Bundan əvvəl ABŞ və Polşa hökumətləriBirləşmiş Ştatlara aid "MQ-9” hərbi kəşfiyyatçı dronlarından ibarət eskadrilyanın Polşaya yerləşdirilməsi ilə bağlı razılaşma əldə etmişdi./oxu.az

© xezerxeber.az


216 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR