ABŞ-da Ağ Evə soxulmaq istəyən kişi saxlanılıb

15.06.2019 12:22

ABŞ Məxfi Xidmətinin əməkdaşları ölkənin Maliyyə Nazirliyi binası yaxınlığından Ağ Ev ərazisinə soxulmağa çalışan naməlum şəxsi saxlayıblar.

"Report" xəbər verir ki, bu barədə NBC telekanalı Xidmətin bəyanatına istinad edərək məlumat verib.

"Kişi Maliyyə Nazirliyi binasının şimal-qərb tərəfindən maneələri aşmağa çalışıb. O, dərhal Məxfi Xidmət əməkdaşları tərəfindən saxlanılıb", - məlumatda deyilir.

Saxlanılan şəxsə polis məmuruna hücum və qanunsuz girişə cəhd üzrə ittiham irəli sürülüb. Kişinin adı açıqlanmır. Hazırda onun işi ilə Vaşinqton polisi məşğul olur.

© xezerxeber.az


198 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR