Rusiyanın neft gəliri azalıb, təbii qaz gəliri isə artıb

11.06.2019 20:38

Bu ilin ilk 4 ayında Rusiyanın neft ixracı üzrə gəliri 34,9 milyard dollara düşüb, təbii qaz ixracı üzrə gəliri isə 16,9 milyard dollara yüksəlib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Bildirilir ki, yanvar-aprel aylarında Rusiyanın neft ixracı üzrə gəliri keçən ilin eyni dövrünə nisbətən 0,6 azalıb, qaz ixracı üzrə gəliri 2,2 faiz artıb.

Bu dövrdə Rusiyanın neft ixracının həcmi 1,6 faiz artaraq 87,2 milyon tona, qaz ixracı isə 5,3 azalaraq 76,2 milyard kubmetrə geriləyib. Hesabat dövründə Rusiyanın maye təbii qaz ixracı (LNG) 50 faiz artımla 23,1 milyon kubmetrə çatıb. LNG ixracı üzrə gəlirlər isə 3,6 milyard dollar olub.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR