Meydana qələbə üçün çıxacağıq - Pavel Hapal

11.06.2019 10:30

"Futbolçular sabahkı matçda meydana çıxmağa hazırdılar. Miroslav Stok xəstələnib. Digər oyunçulara yoluxmaması üçün onu Bakıya gətirmədik".

Qol.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: "Azərbaycanın oyununa baxmışıq. Yaxşı kollektivdir. Biz meydana qələbə üçün çıxacağıq".

Çexiyalı mütəxəssis sabahkı matçdakı start heyəti açıqlamaq istəməyib. O, meydanda bəzi dəyişikliklər edə biləcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı sabah saat 20:00-da başlayacaq.

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR