“Barselona” Osman Dembele ilə yollarını ayıra bilər

10.06.2019 17:44

"Barselona” futbolçusu Osman Dembele ilə yollarını ayıra bilər.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb gənc futbolçunun intizamsızlığıdır.

Bir neçə dəfə məşq prosesinə gecikən fransız oyunçunun bu hərəkəti rəhbərliyi təngə gətirib. Futbolçuya xəbərdarlıq edən rəhbərlik növbəti belə hərəkətdə onu komandadan uzaqlaşdıracağını bildirib.

Hazırda zədədən əziyyət çəkən Dembele geridə qalan mövsümdə "Barselona”nın heyətində 42 oyunda 14 qol vurub.

© xezerxeber.az


166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR