VII Muğam Televiziya Müsabiqəsi başa çatır

08.06.2019 16:08

Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatmaq üzrədir.

İyunun 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək final gecəsi 7 gənc iddiaçının dolğun ifaları ilə yadda qalacaq.

Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən müsabiqə əsl muğam marafonuna çevrilib.

VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə - İlahə Rüstəmova, Murad Rüstəmzadə, Xəyal Hüseynov, Rəvan Qaçayev, Vəliş Mirzəyev, Faiq Əkbərov və Zülfiyyə Cəbrayılzadə ifalarını təqdim edəcəklər.

Müsabiqənin münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. Münsiflər heyəti layihənin yekununda məlahətli səsə sahib olan ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək.

Xalqımızın həmişə fəxr etdiyi, orijinal forma və məzmunu ilə seçilən muğam sənəti qərinələrdən keçərək müasir dövrümüzə çatıb. Mədəniyyətimizin nəinki Şərq aləmində, Avropada, bütün dünyada tanıdılmasına səbəb olub. Ulu öndər Heydər Əliyevin müdrik sözlərində deyildiyi kimi: "Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, yaşayacaq, inkişaf edəcək”. Ümummilli Liderin mədəniyyətimizin inkişafı ilə bağlı fikirlərini və həyata keçirdiyi işləri əsas tutan ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan xalq sənət nümunələri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu nümunələrdən biri də muğamdır. Heydər Əliyev Fondunun muğam sənəti ilə bağlı həyata keçirdiyi layihələr sırasında Muğam Televiziya Müsabiqəsi xüsusiliyi ilə seçilir. 2005-ci ildən bu günə kimi ardıcıl olaraq iki ildən bir keçirilən müsabiqə muğam irsimin qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə, gənc istedadların aşkar edilməsinə xidmət edən uğurları ilə göz qabağındadır.

Üç ay müddətində bir-birindən istedadlı gənc xanəndələr dolğun, fərqli ifaları ilə tamaşaçıların yaddaşında qalıb. Layihə çərçivəsində hər zaman müqtədir sənətkarların yaradıcılığı yad olunub, onların lent yazıları təqdim edilib ki, gənclərimiz görkəmli xanəndələrimizin ifasından bəhrələnsin və daha mükəmməl ifalar təqdim etsinlər.

Qeyd edək ki, VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib. Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və "Mədəniyyət” kanallarında canlı olaraq yayımlanıb. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






148 dəfə oxunub

XƏBƏRLƏR

23.07.2019 09:44

Neft bahalaşıb

ÇOX OXUNANLAR