May ayında "Youtube"da ən çox kimin mahnısı dinlənilib? - SİYAHI

30.05.2019 11:25

May ayı gəlişi ilə incəsənət aləmində canlanma yaradıb. Sanki müğənnilərimiz bir-birləri ilə bəhsə girirək yeni mahnı və kliplərin təqdim etdilər.

AZXEBER.COM ən son təqdim olunan layihələrin "Youtube"da izlənmə sayılarına görə müqayisəsini aparıb.

Siyahıda ilk olaraq müğənni Sevil Sevincin həmkarı Nurlan Təhməzli ilə birgə layihəsi olan "Mash- up"- dır. Klib yayımlandığı gündən bəri "Youtube"da birincilyi əldə edib. Hazırda mash-up-ın baxış sayı 4,4 milyondur.

Müğənni Damla bu dəfə janrında dəyişiklik etməsi ilə yenə dinləyicilərin sevgisin qazana bilib. Xanım müğənninin "Popuri"si gözlənilən uğuru qazanıb. Hazırda klip 1,1 milyon baxış sayı ilə zirvədədir.
Əməkdar artsit Röya Ayxan həmkarlarından geri qalmayaraq iki mahnısını ard-arda təqdim edib. Xanım müğənninin "Unutmaq lazım" və "Kimin belə sevgilisi var" mahnısı çıxdığı günlərdən bəri dillər əzbərinə çevrilə bilib. "Kimin belə sevgilisi var" mahnısı 2 milyon baxış sayı ilə tam sürətlə irəliləyərək zirvəyə ortaq olmağı bacarıb.

Digər bir əməkdar artist Miri Yusif "Uyma" klipini təqdim edib. "Uyma" adlanan klip 154 min baxış toplaya bilib.
Əməkdar artsit Tünzalə Ağayevada "Kaş Bakıda olardım" mahnısın təqdim edib. Mahnı trendə düşməyi bacara bilməsə də, dinləyicələrin rəğbətin qazanıb. Hazırda əməkdar artistin mahnısı 141 min izləyici tərəfindən dinlənilib.

Müğənni Samira Alimaryam uzun aradan sonra sükutu pozub. Müğənni uzun fasilədən sonra "Güzgü" adlı mahnısını təqdim edib.

Xanım müğənni Vəfa Şərifova may ayının son günlərində təqdim etdiyi "Şairlər kimi" mahnısı da sevilməyi bacarıb. Lirik janra müraciət edən Vəfa qısa zaman ərzində 142 min dincləyici toplayıb.

Meyxanaçı Aqşin Fatehdə repertuarına daxil etdiyi "Fırtına" adlı mahnısı sevilməyi bacarıb. Hazırda mahnı 329 min insan tərəfindən dinlənilib.

© xezerxeber.az


234 dəfə oxunub

XƏBƏRLƏR

23.07.2019 09:44

Neft bahalaşıb

ÇOX OXUNANLAR