Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Hidayət Heydərov Çində keçirilən Qran-Pri yarışında qızıl medal qazanıb

25.05.2019 17:14

Azərbaycan cüdoçusu Hidayət Heydərov Çinin Hohhot şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

Turnirin ikinci günündə mübarizəyə qoşulan H.Heydərov (73 kq) finala gedən yolda Yunanıstan, Rusiya, Kanada və İsveç cüdoçularını məğlub edib. O, həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Viktor Skvortov ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən cüdoçumuz Hohhot Qran-Prisinin qalibi olub.

Qran-Pridə 43 ölkədən 300-dən çox cüdoçu mübarizəyə qoşulub.

Qeyd edək ki, Hidayət Heydərov mayın 10-12-də Bakıda keçirilmiş "Böyük dəbilqə” turnirinin də qalibi adını qazanıb.

© xezerxeber.az

FOTOQALERIYA






129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR