Ermənilərdən ingilislərə TUTARLI BAKI CAVABI: Bura çox təhlükəsizdir, insanları yardımsevərdir - VİDEO

24.05.2019 19:13

Bakının ev sahibliyi etdiyi aerobika gimnastikası üzrə 11-ci avropa çempionatının iştirakçıları sırasında erməni əsilli Qarsevan Canasyan və Duxik Canasyan da var. Onlar Bakıda özlərinə təhlüksəsiz hiss etdiklərini, paytaxt sakinləri isə onlara mehriban davrandığını bildiriblər. İdmançılar Arsenalın erməni əsilli futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsinə də münasibət bildirib və siyasətlə idmanı qarışdırmamağı tövsiyyə ediblər.

Bakıda keçirilən Aerobika Gimnastikası üzrə 11-ci Avropa Çempionatının çoxsaylı iştirakçıları arasında Rusiyanı təmsil edən erməni əsilli idmançılar da var. Gimnastlar - Qarsevan Canasyan və Duxik Canasyan bacı-qardaşdır və Bakıda özlərini təhlükəsiz hiss etdiklərini və hər hansı təzyiqlə üzləşmədiklərini bildiriblər.

Gimnastlar jurnalistlərin sualını cavablandırarkən Bakıda keçiriləcək UEFA Avropa Liqasının "Arsenal" və "Çelsi"komandaları arasındakı final oyununa "Arsenal"ın erməni əsilli futbolçusu Henrix Mxitaryanın gəlməməsinə də münasibət bildiriblər. Onlar bu qərarın doğru olmadığını deyiblər.

Qeyd edək ki, yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

© xezerxeber.az


361 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR