Əmrə "Fənərbaxça"ya qayıdır - Prezident açıqladı

23.05.2019 18:21

"Başakşəhər"in kapitanı Əmrə Belözoğlunun "Fənərbaxça"ya keçməsi ehtimalı yüksəkdir.

Klub prezidenti Göksel Gümüşdağ bu barədə məlumat verib.

"Əmrə növbəti mövsüm "Fənərbaxça"da oynayıb, futbolçu karyerasına son qoymaq istəyir", - deyə "Başakşəhər"in prezidenti qeyd edib.

Sentyabrda 39 yaşı tamam olacaq Əmrə 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"da çıxış edib. Təcrübəli futbolçu 2015-ci ildən "Başakşəhər"in uğurları üçün çalışır.

© xezerxeber.az


263 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR