NATO-dan Rusiyaya çağırış: "Krımı tərk edin"

23.05.2019 09:41

NATO hərbi komitəsinin rəhbəri Stüart Piç Krımın alyans tərəfindən Rusiya ərazisi kimi tanınmayacağını açıqlayıb.

Bu barədə "UNIAN” NATO-nun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Piç bu açıqlamasını NATO üzvü ölkələrinin baş qərargah rəislərinin Brüsseldə keçirilən iclasında verib. O bildirib ki, təşkilat Krımın qeyri-qanuni zəbt edilməsini tanımaq niyyətində deyil.

"Biz bir daha Rusiyanı Krımı tərk etməyə çağırırıq”, - deyə Piç bildirib.

O, həmçinin NATO adından Rusiyanı Azov dənizindəki insidentdən sonra saxlanılmış ukraynalı dənizçiləri buraxmağa çağırıb.

© xezerxeber.az


171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR