Bakıdakı fəvvarələr yaya hazırdırmı? - VİDEO

21.05.2019 19:45

Havaların günü-gündən isinməsinə baxmayaraq, günorta saatlarında paytaxtdakı fəvvarələr fantan vurmur. Parka dincəlməyə gələn sakinlər fəvvarələrin günorta saatlarında da işləməsini istəyirlər

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nəzdində fəaliyyət göstərən Bakı Şəhər Fəvvarələrinin İstismarı idarəsindən bildirildi ki, onların balansında 48 fəvvarə, 1 göl və 1 hovuz var. Martın 15-dən fəvvarələrin işinə start verilib. O ki, qaldı günorta saatlarında fəvvarələrin fantan vurmamasına, qurumdan bildirildi ki, idarənin balansında olan bütün fəvvarələr hazırda xüsusi razılaşdırılmış qrafiklə işləyir. Ancaq isti yay günlərində fəvvarələr günorta saatlarında da fantan vuracaq.

Qəhrəman Məmmədov bildirdi ki, fəvvarələr işləmədiyi vaxt suyu təmizlənir və onlara texniki qulluq göstərilir.

Qeyd edək ki, fəvvarələrin noyabr ayının birinədək işləyir.

© xezerxeber.az

FOTOQALERIYA






351 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR