Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Mərkəzi Bank maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemini təqdim edib

17.05.2019 16:05

Azərbaycan Mərkəzi Bankı (AMB) "Maliyyə və rəqəmsal texnologiyalar həftə"si çərçivəsində maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemini təqdim edib.

Xezerxeber.az xəbər verir ki, mayın 17-də Mərkəzi Bankda keçirilən təqdimat mərasimində sistemin əhəmiyyəti və üstünlüklərindən danışılıb. Bildirilib ki, sistem əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının asanlaşdırılması və bu xidmətlərdən istifadənin stimullaşdırılmasına, maliyyə xidmətləri bazarında isə rəqabətin gücləndirilməsi, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması və şərtlərinin yaxşılaşdırılmasına töhfə verəcək. Sınaq rejimini keçmiş sistemə hazırda bankların qoşulması prosesi davam edir. İndiyədək sistemə 20-dək bank qoşulub.

© xezerxeber.az

FOTOQALERIYA






234 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR