"Mançester Yunayted"dən ayrılan futbolçu PSJ-də

16.05.2019 14:55

PSJ "Mançester Yunayted"dən ayrılan Ander Herrera ilə anlaşma əldə edib.

XəzərXəbər "Daily Mirror"a istinadən xəbər verir ki, Paris klubu ispaniyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu həftəlik 300 min funt-sterlinq maaş alacaq.

İspaniya "Saraqosa"sının akademiyasında yetişən Herrera 2011-ci ildə 7,5 milyon avroya Bilbao "Atletik"inə keçmişdi. 2014-cü ildə "Mançester Yunayted" futbolçunu 36 milyon avro qarşılığında transfer etmişdi.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR