Gürcüstanda mədən işçiləri tətil elan ediblər

16.05.2019 14:27

Gürcüstanın daha bir bölgəsində fəhlələr etiraz aksiyası keçirirlər.

Gürcüstanın Çiatura şəhərində mədənçilər aksiyaya başlayıblar.

Onlar əməkhaqlarının bir neçə dəfə artırılması, iş şəraitinin yaxşılaşdırılması, mədənçilərin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.

Mədən işçiləri "Gürcüstan manqanı” şirkətinin nümayəndələri ilə görüşərək tələbələrini bildiriblər. Lakin, şirkət rəhbərliyi onların tələblərini nəzərə almayıb.

Mədənçilər tətili davam etdirmək qərarına gəliblər.

Gürcüstan Həmkarlar İttifaqları Birliyi mədən sənayesində çalışan işçilərin hüquqlarının müdafiəsinə qalxıb. (AZƏRTAC)

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

15.06.2019 18:17

Goranboyda kombayn yanıb

ÇOX OXUNANLAR