Bu gün “Avroviziya-2019”da gərgin gecə olacaq

16.05.2019 11:34

Bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində sayca 64-cü"Dare to Dream”("Arzulamağa cürət et”) şüarı altında "Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

XəzərXəbər xəbər verir ki, bu gecə yarışmanın ikinci finalında 18 ölkə təmsilçisi öz bacarığınıTəl-Əviv Expo Mərkəzinin səhnəsində nümayiş etdirəcək.

18 ölkəyə Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Hollandiya, Şimali Makedoniya, Azərbaycan daxildir.

Şouda aparıcılıq Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba həvalə olunub.

"Avroviziya-2019” Bakı vaxtı ilə gecəsaat 23:00-da İTV-də birbaşa olaraq canlı yayımlanacaq.

Müsabiqə iştirakçılarının fasiləsi zamanıxüsusi qonaq qismindəsəhnəyə İsrailin məşhur pop qrupu "Shalva Band” çıxacaq"A Million Dreams” mahnısı ifa olunacaq.

"Shalva Band” qrupunun səkkizüzvü sağlamlığı məhdud olan insanlardır. Onlar bu il İsraili "Avroviziya-2019” yarışmasında təmsil etmək istəyirdilər. Lakin müəyyən səbəblərdən yarışmaya ev sahibliyi edən ölkə müğənni Kobi Mariminin iştirakını təsdiqləyib.

Şouya əlavə rəng qatmaq üçün israilli illizionçu Lior Suxard səhnədə mistik perfomans sərgiləyəcək.

Nəzərinizə çatdıraq ki, ötən gün münsiflər heyəti öz səslərini bu gün çıxış edəcək iştirakçıların səs hesabına əlavə ediblər.Onların verdikləri səslər ümumi nəticənin 50 faizini təşkil edir.

Bukmeykerlərin proqnozlarına əsasən, ən çətin və gərgin mübarizə məhz ikinci yarımfinalda yaşanacaq. Birinci yarımfinaldan fərqli olaraq, ikinci yarımfinaldatəmsilçilərin güclü olması buna zəmin yaradıb.

Qeyd edək ki, müğənni Çingiz Mustafayev Təl-Əvivdə keçiriləcək "Avroviziya-2019” mahnı müsabiqəsində Azərbaycanı "Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarımfinalda 18-ci nömrə ilə təmsil edəcək.Çingiz səsləndirdiyi mahnıda muğam oxuyacaq.

© xezerxeber.az


252 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR