Şiddətli dolu Şəkiyə ziyan vurub - VİDEO

15.05.2019 15:30

Şəkidə ötən gün gecə saatlarında şiddətli dolu yağıb.

Xezerxeber.az-ın məlumatına görə, şimşəklə müşayət olunan şiddətli leysan yağışı sonda doluya çevrilib. Təxminən 10 dəqiqəyə qədər yağan dolunun diametri bəzi yerlərdə 2-3 sm.-dən cox olub. İri ölçülü dolunun yağması fəsadsız ötüşməyib. Hazırda şimal -qərb bölgəsində tütünün, tərəvəzlərin şitillənmə dövrüdür. Dolu şitillərlə yanaşı bir sıra meyvə ağaclarına alça, alma, tut, gavalı, gilas və hətta yol kənarındakı dekorativ ağaclara da ziyan vurub. Hazırda aidiyyatı qrumlar tərəfindən dolunun fəsadları araşdırılır.



© xezerxeber.az


301 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR