“Greencard” fırıldaqçıları sizi aldada bilər! - Səfirlik xəbərdarlıq etdi

15.05.2019 12:42

ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci ilin "Greencard” Viza lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayınınartması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.

Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Məlumatda bildirilib ki, saxta elektron poçt və məktubların müəllifləri "Greencard” proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər:

"Bundan əlavə, yerli viza təşkilatları, "Greencard”lotereyasına daxil etmək məqsədi iləsizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər.

Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "Greencard”təşkilatı ilə çalışmır və ya dəstək göstərmir. Yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni yoxlaya bilərsiniz: http://www.dvlottery.state.gov”.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

16.06.2019 18:25

Salah yekun qərar verdi

ÇOX OXUNANLAR