ABŞ prezidenti Donald Trampın kortejində olan üç motosikletçi yol qəzası nəticəsində zərər çəkib.
XəzərXəbər "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg"in Trampı müşayiət edən jurnalist qrupundakı təmsilçisi Cennifer Ceykobs yazıb.
O bildirib ki, qəza nəticəsində Ağ ev rəhbərinin maşını zərər çəkməyib.
"Biri ot basmış xəndəkdə oturub, biri qanaxma ilə yolun kənarında uzanıb. Üçüncü ayaq üstdədir, onun əlindən qan axır", — deyə jurnalist yaralılar haqqında yazıb.
Qəza ABŞ prezidentinin səfər etdiyi Luiziana ştatında baş verib.
© xezerxeber.az“YouTube” son on ilin ən məşhur kliplərinin reytinqini tərtib etdi
Bu şəxslərə ŞAD XƏBƏR: maaşları 50 faiz ARTIRILDI - SƏRƏNCAM
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər