Əli Əhmədov: Azərbaycana təzyiqlər ölkənin artan nüfuzu ilə bağlıdır - VİDEO

14.05.2019 19:42

Azərbaycanda böyük tədbirlər ərəfəsində hər zaman kənardan müxtəlif hücumlar olur. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan və kimlərisə narahat edən böyük nüfuzunun gücüdür.

Xezerxeber.az-ın məlumatına görə, Baş nazirin müavini Əli Əhmədov UEFA Avropa Liqasının final oyunu ilə bağlı aparılan qarayaxma kampaniyasını şərh edərkən belə deyib.

Əli Əhmədov bildirib ki, bu kampaniyanı aparanlar Avroviziya mahnı müsabiqəsi zamanı da fəallaşmışdılar. Ancaq təşəbbüslərinin nəticəsi olmadı. Baş nazirin müavini anti-Azərbaycan qüvvələrin başlatdığı bu kampaniyanın da öncəkilər kimi nəticəsiz qalacağını və final matçının yüksək səviyyədə təşkil ediləcəyini vurğulayıb.

Əli Əhmədov Bakıya gələcək turistlərin sayının aparılan qarayaxma kampaniyasına ən tutarlı cavab olacağını deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






175 dəfə oxunub

XƏBƏRLƏR

16.06.2019 18:25

Salah yekun qərar verdi

ÇOX OXUNANLAR