Penitensiar müəssisələrə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

14.05.2019 16:53

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə və Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Zahidov Seymur Teymur oğluna atası Bakı şəhər sakini Zahidov Teymur Kamil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki plastik qabda olan heyva və moruq mürəbbəsinin tərkibində 0,52 qram "Metadon” aşkarlanıb.

Cinayət Məcəlləsinin 206.2-ci və 234.4.3-cü maddələrinə əsasən həbs edilmiş şəxs Qəhrəmanov Siyab Bəxtiyar oğlu Bakı İstintaq Təcridxanasına qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman əynindəki şalvarın bel hissəsində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,875 qram tiryək aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






133 dəfə oxunub

XƏBƏRLƏR

16.06.2019 18:25

Salah yekun qərar verdi

ÇOX OXUNANLAR