Gələn ildən bütün ölkə ərazisində tibbi sığorta tətbiq ediləcək - Baş nazirin müavini

14.05.2019 13:33

Azərbaycanda tətbiq ediləcək icbari tibbi sığorta vətəndaşların daha keyfiyyətli tibbi xidmət almasına kömək edəcək. Azərbaycan vətəndaşlarının tibb müəssisələrə müraciət etməsi prosesi daha şəffaf olacaq.

XəzərXəbər xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, səhiyyə ilə bağlı Azərbaycan vətəndaşlarını narahat edən bir sıra məsələlər icbari tibbi sığortanın tətbiqi ilə həllini tapacaq: "İnanıram ki, gələn il icbari tibbi sığortanın tətbiqi ilə səhiyyə ocaqlarının fəaliyyəti insanlarda məmnunluq yaradacaq. Gələn ildən bütün ölkə ərazisində tibbi sığorta tətbiq ediləcək”.

© xezerxeber.az


171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR