Pirlo yol göstərdi: "Yuventus"a İsko lazımdı"

14.05.2019 12:11

"Məncə, "Yuventus”a İsko lazımdı. İtaliyada fərqli səviyyə nümayiş etdirdiklərinə şübhəm yoxdu. Amma Çempionlar Liqasını qazanmaq da çox vacibdi. "Yuve” yarımmüdafiədəki boşluqları aradan qaldırmalıdı”.

XəzərXəbər "Sky Sport İtalia”ya istinadən xəbər verir ki, bu sözləri "Yuventus”un və İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Pirlo deyib.

O, Ronaldoya arzulanan dəstəyin verilmədiyini qabardıb: "Ronaldonu aldılar, amma topu ona necə çatdırmağın yolunu hələ də tapmayıblar. Yaxşı yarımmüdafiəçilərə ehtiyac var. Bu haqda düşünsələr, ÇL-də finala yüksələ, kuboku başları üzərinə qaldıra bilərlər”.

Fanat.Az

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR