Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Ağcabədidə kəhrizlər bərpa ediləcək

09.05.2019 13:36

BMT-nin Miqrasiya Agentliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə 2018-ci ildən "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin icrasına başlanılıb. Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək məqsədini daşıyır. Layihə çərçivəsində Ağcabədi rayonu Hüsülü kəndi ərazisindəki "Hüsülü-1" kəhrizi də bərpa üçün seçilib.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Vladimir Georgiyev, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai layihə ilə bağlı Ağcabədi rayonuna səfər ediblər.

Ağcabədi Rayon İcra Hakimiyyətində keçirilən görüş zamanı məlumat verilib ki, bərpasına ehtiyacı duyulan uzunluğu 1990 metr, 82 quyunu əhatə edən "Hüsülü-1” kəhrizinin yerləşdiyi Hüsülü kəndində 4837 sakin, o cümlədən 141 məcburi köçkün yaşayır. Kəndin əkin əraziləri 1370 hektardır və 1100 hektar torpaq sahəsinin suvarma suyuna ehtiyac var. Kəhriz kənddən təxminən 1,5 kilometr məsafədə, əkin sahəsinə yaxın ərazidə yerləşir. 1975-1976-cı illərdə kəhriz vasitəsilə 60 hektar pambıq sahəsi suvarılıb. Hazırda isə fəaliyyətsiz olan kəhrizdə su yoxdur. Ötən əsrdən kəhrizdən istifadə etmək ənənəsinə malik Hüsülü kəndində bu işi bilən ustalar var.

Diqqətə çatdırılıb ki, Ağcabədi rayonu Azərbaycanda kəhriz sistemlərinin geniş yayıldığı regionlardan biridir. 2018-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatı rayonun 17 kəndində 40 kəhriz siyahıya alıb. Layihə çərçivəsində bərpa üçün 6 kəhriz seçilib, ehtiyat siyahısına isə 7 kəhriz əlavə edilib.

Görüşdən sonra layihə iştirakçıları Hüsülü kəndində olub, kəhrizin yerləşdiyi əraziyə baxış keçirib və yerli sakinlərlə söhbət aparıblar. (AZƏRTAC)

© xezerxeber.az


289 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR