Qadın gözəlliyini məhv edən məhsullar açıqlandı

03.05.2019 15:12

Rusiyalı model və idmançı Valeriya Barçenko qadın qamətinəvə cavanlığına zərər vuran məhsulları açıqlayıb.

Bu haqda "Medikforum” yazır.

Barçenkonun sözlərinə görə, duz səhərlər gözlərin altındakı şişkinliyə və artıq çəkiyə səbəb olur. Modelin təbirincə, zərərli maddələrin siyahısına həmçinin çipslər, mayonez, qazlı su, "fastfud”, yarım fabrikat qida məhsulları daxildir.

Olduqca yüksək kalorili olan məhsulların (duzdan başqa) tərkibində transyağlar, boyamaddələrivə digər qida əlavələri olur.

Barçenko 45 yaşından sonra qadınları müntəzəm olaraq kartof, kök və digər kalorili tərəvəzlərin qəbulundan imtina etməyə, həmçinin, kofein və alkoqol qəbulunu azaltmağa çağırıb.

© xezerxeber.az


332 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR