Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb

23.04.2019 15:02

Xaçmaz şəhərində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Çənlibel” parkında yeni inşa olunan "Saatlar qülləsi”nin qarşısında qoyulan heykəl və ətrafında son tamamlanma işləri görülür.

Abidə Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi ilə əlaqədar ucaldılıb.

May ayında Nəsiminin heykəlinin, eləcə də 35 metr hündürlüyündə yeni inşa olunan "Saatlar qülləsi”nin açılışı olacaq.

Səkkizmərtəbəli "Saatlar qülləsi” şəhərin girişində yerləşən "Çənlibel” parkına əlavə gözəllik verəcək. Qüllədə uşaq əyləncə mərkəzi və müşahidə məntəqəsi fəaliyyət göstərəcək.

"Çənlibel” parkı Xaçmaz şəhərin girişində yerləşdiyindən buranı yerli sakinlərlə yanaşı, çoxsaylı turistlər də ziyarət edir. Altı hektara yaxın ərazisi olan parkda xalq qəhrəmanı Koroğlunun at üstündə heykəli ucaldılıb. Burada çoxsaylı əyləncə və iaşə obyekti də fəaliyyət göstərir.

© xezerxeber.az

FOTOQALERIYA






303 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR