Qubanın Xınalıq kəndinə qar yağır - FOTO

17.04.2019 14:07

Aprelin 17-si gündüz saatlarından Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb.

Kənd sakinləri AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, səhər saat 11-dən sonra hava şəraiti kəskin dəyişərək güclü qar yağmağa başlayıb. Dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşən kəndə hazırda qar yağmaqda davam edir. Qısa müddətdə qarın hündürlüyü 2 santimetrə çatıb.

AZƏRTAC Xınalıq kənd sakini Rüstəm Məlikovun bu gün çəkdiyi fotolar və videonu təqdim edir.

© xezerxeber.az

FOTOQALERIYA






122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR