Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda fantastik qiymətə qarajlar satılır - VİDEO

17.02.2019 19:18

Bakıda yeni tikilənbinalarda mənzil qiymətinə qarajlar satışa çıxarılır. Özü də düz 60 min manata. Maraqlısı burasındadır ki, MTK qaraj üçün sadəcə 10 kvadrat metrlik bir sahə ayırır, bu isə təxminən ev qiymətinə bərabər olur. Üstəlik qarajlar üçün vətəndaşa çıxarış da təqdim olunmur. Bu isə gələcəkdə MTK ilə mülkiyyətçi arasında problemlərin yaranmasına gətirib çıxara bilər.

Bakıda fantastik qiymətə avtomobil qarajları satışa çıxarılır. Özü də bir mənzilin qiymətinə, düz 60 min manata.

Xüsusi ilə də yeni tikilən binalardan mənzil alan sakinlər sonradan avtomobilləri üçün qaraj da almalı olurlar.

Ekspertlər hesab edir ki, qiymətlərin belə yüksək olması tələbatın çox olması ilə bağlıdır. Avtomobili olan sakinlər ya birdəfəlik ödənişlə qaraj almağa məcbur olurlar ,ya da aylıq müəyyən məbləğ qarşılığında bu xidmətdən istifadə edirlər.

Üstəlik qarajlar üçün dövlətreyestr xidmətindən çıxarış nəzərdə tutulmadığındanmülkiyyət hüququ daşımır. Əmlak üzrə ekspert Nofəl Quliyevin sözlərinə görə ,belə olan halda isə gələcəkdə vətəndaş problemlə üzləşə bilər.

Ekspertin sözlərinə görə, əksər xariciölkələrdə mənzil alan sakin həm də qaraja sahib olmuş olur. Biz də isə bu hal çox az rastlanır. Ona görə də qarajların da xüsusiləşdirilməsinə ehtiyac var.

© xezerxeber.az

FOTOQALERIYA






1704 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR