İngilislər 18 yaşlı italyana 43 milyon funt sterlinq verir

09.02.2019 16:23

"Çelsi” və "Liverpul” İtaliyanın U-19 millisinin yarımmüdafiəçisi Sandro Tonali uğrunda mübarizəyə girişib.

İtaliyada "İnter”in də istədiyi "Breşia”nın üzvünə "zadəganlar” 43 milyon funt sterlinq verməyə hazırdı. "Breşia” isə klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq 18 yaşlı gənci satmaqla bağlı qərar verməyə tələsmir.

Tonali bu mövsüm B Seriyası klubunun formasıyla çıxdığı 20 oyununda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.Az

© xezerxeber.az


220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR