Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Ərdoğan məşhur aktyora belə dedi - "Burda bir dənə rəis var"

30.01.2019 14:44

"Biz qanunu qəbul etdik, qalanı sizlikdir".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən "Beştepe"də sinema sahəsinin nümayəndələrini qəbul edib.

26 sinema sektoru təmsilçisinin iştirak etdiyi iclas 1 saat 10 dəqiqə çəkib.

Görüşdə nümayəndələr sinema ilə bağlı verilən qərarların bu qədər tez həyata keçirilməsindən məmnun olduqlarını deyiblər.

Ərdoğan "Sektorun nümayəndələri olaraq çox gözəl söz birliyi yaratmısınız. Biz qanunu qəbul etdik, qalanı sizlikdir. Bu sektoru, Türk sinemasını tək ələ verməyin. Burdan Mövlana kimi böyük layihələr çıxa bilər” deyərək qanunu imzalayıb.

Görüşdə maraqlı anlar da yaşanıb. "Eşkiya Dünyaya Hükümdar Olmaz” serialının baş rol aktyoru Oktay Kaynarca prezident Ərdoğana "Deyəsən, bizim serialı izləmirsiniz. Cənab Baxçalı həmişə bizim serialdan danışır” deyib.

Ərdoğan isə "Elə şey olar? Mən də izləyirəm” deyə cavab verib. Serialda Kaynarcaya "rəis” deyildiyi xatırladılanda isə "Burda bir dənə rəis var” deyə zarafat edib.

AzNews.az

© xezerxeber.az


421 dəfə oxunub

ÇOX OXUNANLAR