Bakı və Sumqayıt şəhərlərində qətl törədilib - VİDEO

11.01.2019 19:41

Kişi keçmiş həyat yoldaşını uşaqlarının gözü önündə dəmir parçası ilə döyərək qətlə yetirib.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət gecə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanında baş verib.

Masallı rayon sakini 38 yaşlı Rövşən Dadaşov keçmiş həyat yoldaşı 31 yaşlı Aidə Dadaşovanın evində başına küt alətlə vuraraq onu qətlə yetirib.

Qonşuların sözlərinə görə, hadisə barədə onlara Aidə Dadaşovanın uşaqları məlumat verib. Uşaqlar atalarının anasını dəmir parçası ilə başına vuraraq yerə yıxdığını deyiblər. Dərhal qonşular evə qadına yardım etməyə gediblər. Amma həmin vaxt onlar qadının mənzildə öldüyünü görüblər. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib. Əraziyə 19-cu polis şöbəsinin əməkdaşları və rayon prokurorluğunun müstəntiqi gəlib. Qadının meyti müayinə olunduqdan sonra Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Rövşən Dadaşov çox çəkməyib ki, polis tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı o, hadisəni qısqanclıq zəmnində törətdiyini deyib. Faktla bağlı Rövşən Dadaşov barəsində cinayət işi başlanıb, istintaq davam edir.

Sumqayıtda da qətl hadisəsi baş verib. Şəhər sakini 28 yaşlı Leyla Axundova əri tərəfindən boğularaq öldürülüb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb. Qətli törədən ər saxlanılıb. Bu faktla bağlı Sumqayıt şəhər prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






581 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR