Qaz təhlükəsindən necə qorunmaq olar? - Otaqlarda detektor yerləşdirilməsi təklif edilir - VİDEO

10.01.2019 20:20

Qazla ehtiyatsız davranma və qazsızma can almaqda davam edir. Təkcə dünən təbii qazın evə dolması nəticəsində baş verən dəhşətli partlayış nəticəsində bir ailənin 3 üzvü dünyasını dəyişdi.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə bir daha qaz avadanlıqlarından istifadə zamanı təhlükəsizlik məsələsini gündəmə gətirib. Bəs bu kimi hadisələrin yaşanmaması üçün nələrə diqqət etmək lazımdır?

Ekspert Nüsrət Qasımov bildirir ki, bu kimi hadisələrdən sığortlanmağın çox sadə yolu var. Onun fikrincə, qaz sobasının quraşdırıldığı otaqlarda detektor cihazının yerləşdirilməsi təhlükəsizliyi xeyli artırır.

"Azəriqaz" İstehsalat Birliyindən isə bildirilir ki, qaz detektorlarının qoyulmasına onlar nəzarət etmirlər. Detektorları abonentlər öz vəsaitləri hesabına alıb quraşdıra bilərlər.

Ekspert Nüsrət Qasımov isə təklif edir ki, təhlükəsizlik məsələləri nəzərə alınaraq qaz detektorlarının mənzillərə quraşdırılması icbari olmalıdır. O, bununla bağlı qanunvericiliyə müvafiq əlavələrin edilməsini istəyir.

Şəhərdə detektorların qiymətləri ilə də maraqlandıq. Məlum oldu ki, bu cihazın quraşdırılması və istifadəsi sadə, qiyməti isə əlçatandır.

Keyfiyyətinə əmin olmağınız üçün isə sertifkatlı malların alınması tövsiyə edilir.

Həmçinin bu cihazı alarkən istehsal tarixinə də fikir verməyiniz mütləqdir. Çünkü belə cihazların əksəriyyətinin ömrü 5 ildən artıq olmur. Bununla bərabər, mənzildəki qaz avadanlıqlarının sayından asılı olaraq, evə quraşdırılan detektorların sayı 1-dən artıq da ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






629 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR