Baş konsulluqda axtarış başlanır - Qaşıqçı skandalı

15.10.2018 15:35

İstanbul Baş konsulluğunda axtarış gerçəkləşdiriləcək.

"Milliyet” qəzeti xəbər verir ki, itkin düşmüş jurnalistCamal Qaşıqçıilə bağlı bu gün axşamüstü Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda ortaq şəkildə axtarış tədbiri həyata keçirilməsi planlaşdırılır.

"Bloomberg” media qurumunun məlumatına görə, Ərəbistan kralı Salman ibn Əbdüləziz daxili araşdırma üçün əmr verib.

Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz telefon danışığı apararaq, olayla bağlı ortaq iş ekspedisiyası qurulmasının vacibliyini vurğulamışdılar./AzNews.az

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR