Gəncədə polisi öldürən Fərrux kimdir?

11.07.2018 10:33

Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

XəzərXəbər xəbər verir ki, artıq həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib.

Sosial şəbəkədəki hesabından Fərrux Xəqani oğlu Qasımovun radikal dindar olduğu məlum olur. Müxtəlif vaxtlarda İranda dini abidələri ziyarət edib. Hətta sosial paylaşımlarında da dini videolara üstünlük verib. Gəncə hadisələri törədilməmişdən öncə isə Fərrux Kərbalanı ziyarət edib.

© xezerxeber.az


1946 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR