Balakəndə leysan: körpülər uçdu, mənzilləri su basdı - VİDEO

12.06.2018 20:51

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Güclü yağışlardan sonra yaranan sel nəticəsində Balakəndə Dəliçay daşıb. 50-dən çox evə su dolub. Dəliçayın keçdiyi ərazidəki daxili kənd yolları yararsız hala düşüb.

Körpülər uçub,məzillərisu basıb. Dağlara yağan leysan yağışlar nəticəsində Balakənin Katex kəndi ərazisindən keçən,Dəliçay çayı məcrasından çıxıb.

Çayın hər iki sahilindəki 400-ə yaxın evin həyətyanı sahəsini su basıb, 50-dən çox evə su dolub. Ev quşlarını və xırdabuynuzlu heyvanları sel aparıb,10-dan çox həyətyanı sahənin hasarını sel dağıdıb.

Kənd sakinlərinə məxsus 10 hektar tütün, 140 hektar buğda, arpa və qarğıdalı sahələri olmaqla ümumilikdə 150 hektar ərazi sel suları altında qalıb.Dəliçay üzərindəki 8 kiçik körpü də uçub, ərazidən keçən içməli su, elektrik və qaz xəttlərinə ziyan dəyib.

Dəliçayın keçdiyi ərazidəki daxili kənd yolları yararsız hala düşüb.Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Katex kəndi ərazisindən keçən hissəsini sel suları dağıdıb.Bərpa və təmizlik işləri üçün ərazilərə texnikalar va canlı qüvvə cəlb olunub.

© xezerxeber.az


235 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR