Türkiyə kitab oxumaqda bəzi Avropa ölkəsini geridə qoyub

24.04.2018 13:06

Türkiyə əhalisi kitab oxumağa bir çox Avropa ölkəsindən çox vaxt ayırır.

Xezerxeber.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Avropa Statistika Təşkilatı (Eurostat) tərəfindən 23 aprel Dünya Kitab Günü ilə bağlı 2008-2015-ci illərdə 15 ölkədə aparılan tədqiqatın nəticələrində öz əksini tapıb.

Tədqiqata əsasən, gündə orta hesabla 13 dəqiqə kitab oxuyan estonlar siyahının birinci pilləsində qərarlaşıb. Sonrakı iki yeri 12 dəqiqə ilə Polşa və Finlandiya tutur. Həmçinin macarların gündə 10 dəqiqə, Yunanıstan vətəndaşlarının isə 9 dəqiqə kitab oxuduğu məlum olub.

Kitab oxumağa Lüksemburq və Almaniya sakinləri ilə eyni vaxt - gündə 7 dəqiqə ayıran türklər bu göstəriciyə görə aralarında İngiltərə, İspaniya və Niderlandın da olduğu bir çox Avropa ölkəsini geridə qoyub.

Avropada ən az kitab oxuyanlar isə fransızlar (2 dəqiqə), avstriyalılar, italyanlar və rumınlardır (5 dəqiqə).

© xezerxeber.az


179 dəfə oxunub

ÇOX OXUNANLAR