Medvedyev təcili Karapetyana zəng etdi

24.04.2018 09:49

Rusiyanın baş naziri Dmitri Medvedyevlə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan arasında telefon danışığı olub.

"News.am” xəbər verir ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər Ermənistan-Rusiya əlaqələrini, həmçinin Ermənistanda baş verən hadisələri müzakirə ediblər. Medvedyev erməni xalqına dəstək ifadə edib və vurğulayıb ki, ölkədəki vəziyyətin konstitusiya, hüquq çərçivəsində saxlanılması vacibdir.

Telefon danışığında, həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

© xezerxeber.az


1098 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR