Bu dərmanlardan istifadə edən sürücülər cərimələnə bilər - VİDEO

22.02.2018 20:48

Bəzi dərmanları qəbul edib, maşını idarə etsəniz cərimələnə bilərsiniz.

Xezerxeber.az-ın məlumatına görə, söhbət hər hansısa bir psixotrop maddənin qəbulundan getmir. Gündəlikdə qəbul etdiyimiz bəzi dərmanlar da avtomobil sürüərkən cərimələnməyə səbəb ola bilər.

Bu o dərmanlardır ki, onların tərkibində spirt və ya psixotrop maddə var və sürücü onu dozasından çox qəbul edir.

Bu dərmanların bəziləri mədə, baş ağrısı, miqren kimi xəstəliklər üçün gündəlik istifadə etdiyimiz dərmanlardır. Lakin bəzi hallarda üzərindəki təyinatına uyğun istifadə edilmir.

Mütəxəsisilərin sözlərinə görə, əsəb sakitləşdirici dərmanların bəziləri spirt tərkibli olur. Belə dərmanların normadan çox qəbulu zamanı isə nəfəsdən alkoqol iyi gəlməsi, şax durmama və yeriyərkən ləngər vurmaq və danışığın pozulması kimi əlamətlər yaranır. Bu halda sürücü yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq müayinə edildikdə, spirt normadan çox aşkarlanır və həmin sürücü qayda pozmuş hesab edilir.

Sürücülərin bəziləri isə dərmanların cəriməyə səbəb olması haqqında məlumatları yoxdur. Əksər sürücülər isə əks təsirlər haqqında məlumatlı olsalar da, həmin dərmanları tanımırlar.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, il ərzində bir neçə belə faktla rastlanılır. Onun sözlərinə görə, dərmanı içməzdən əvvəl tərkibi diqqətlə yoxlanılmalı və tərkibindəki spirtə mütləq baxılmalıdır. Əgər alkotester bu spirtə reaksiya verirsə, cəza qaçılmazdır. Dərmanın tərkibində bir və ya bir neçə psixotrop maddələr varsa, bu zaman da cərimə və ya sürücülük hüququnun məhdudlaşdırılması baş verə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






745 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR