Üzərindən narkotik, evindən silah tapıldı - VİDEO

13.02.2018 20:38

Neftçala sakinindən narkotik və odlu silah götürülüb.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Həsənabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Abdullayev polislər tərəfindən saxlanılıb.

Baxış zamanı onun üzərindən 55 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə polislər tərəfindən baxış keçirilən zaman oradan əlavə olaraq 2 kiloqram 100 qram marixuana və müvafiq sənədləri olmayan 1 ədəd "TOZ-8” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.


© xezerxeber.az


324 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR